AZ

Milanda Olimpiya əleyhinə etiraz keçirildi -VİDEO

2026-cı il Qış Olimpiya Oyunlarına qarşı Milanda etiraz aksiyası keçirilib. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən aksiyada etirazçılar hüquq-mühafizə orqanları ilə toqquşublar.

Bəzi etirazçılar Olimpiya yollarının salınması üçün meşələrin qırılmasına etiraz ediblər. Digərləri isə ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) agentlərinin iştirakından narazılığını bildiriblər.  

Etirazçılar polisə qarşı pirotexnika, o cümlədən fişənglərdən istifadə ediblər, hüquq-mühafizə orqanları isə su şırnaqları və göz yaşartıcı qazla cavab veriblər. Bir neçə nəfər də saxlanılıb.

Qeyd edək ki,  XXV Qış Olimpiya Oyunları Milan və Kortina d'Ampezzo şəhərlərində start götürüb. Olimpiya məşəlinin alovlandırılması mərasimi hər iki ev sahibi şəhərdə eyni vaxtda baş tutub.  

 

Seçilən
18
2
redaktor.az

4Mənbələr