AZ

Apple köklü dəyişliyə hazırlaşır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Apple uzun illərdir tənqid olunduğu “rəqibdən geri qalma” mövqeyindən çıxmağa çalışır. Məlumatlara görə, iPhone 18 Pro Max modeli həm texniki göstəriciləri, həm də istifadəçi təcrübəsi baxımından "Samsung"un flaqmanlarını kölgədə qoya biləcək səviyyədə hazırlanır.Demokrat.az xəbər verir ki, ən çox diqqət çəkən məqam batareya tutumudur. Bildirilir ki, iPhone 18 Pro Max 5200 mAh batareya ilə təchiz olunacaq. Apple üçün bu, illərdir davam edən siyasətin dəyişməsi deməkdir. Şirkət indiyə qədər daha kiçik, lakin optimallaşdırılmış batareyalara üstünlük verirdi. Eyni dövrdə təqdim ediləcəyi gözlənilən Galaxy S26 Ultra modelində isə batareya tutumunun 5000 mAh səviyyəsində qalacağı iddia olunur. Rəqəmlər arasında fərq böyük olmasa da, Apple-ın 2 nm texnologiyası ilə istehsal edilən A20 prosessoru bu üstünlüyü real istifadədə daha hiss olunan hala gətirə bilər. Gözlənti ondan ibarətdir ki, telefon günün sonunda hələ də yetərli enerji ehtiyatı saxlasın.Samsung tərəfinin sürətli şarj gücünü 60W-a çatdıracağı ilə bağlı məlumatlar dolaşır. Ancaq bazar reallıqları göstərir ki, istifadəçilər üçün əsas üstünlük sürətli doldurmadan çox, gün ərzində şarj cihazına ehtiyac duymamaqdır. Bu baxımdan Apple-ın batareya və enerji səmərəliliyi üzərində qurduğu strategiya daha cəlbedici görünür.Kamera sahəsində də balansın dəyişə biləcəyi ehtimal olunur. Samsung uzun müddətdir yüksək meqapiksel göstəriciləri ilə önə çıxırdı. Apple isə daha çox görüntü emalı və real nəticələrə fokuslanırdı. 2026 modellərində "Apple"nin dəyişən diafraqma texnologiyasına keçəcəyi barədə məlumatlar yayılıb. Bu, fotolarda daha təbii fon bulanıqlığı, zəif işıq şəraitində daha stabil nəticə və süni üz hamarlamasından uzaq görüntülər vəd edir. Samsung-un süni intellekt əsaslı emalı isə bəzi hallarda görüntüləri həddindən artıq “plastik” göstərdiyi üçün tənqid olunur.Dizayn tərəfdə də dəyişikliklər gündəmdədir. Ekranaltı Face ID texnologiyası ilə bağlı yayılan söz-söhbətlər təsdiqlənsə, Apple deşik və ya çentik olmadan üz tanıma sistemini təqdim etmiş olacaq. Bu halda Galaxy modellərindəki deşikli ekran dizaynı köhnəlmiş təsir bağışlaya bilər.Yazılım dəstəyi mövzusunda isə Apple artıq rəqiblərindən bir addım öndədir. Samsung yeddi illik yeniləmə siyasətini üstünlük kimi təqdim etsə də, Apple on ildən çox yaşı olan iPhone modellərinə belə yeniləmə verərək bazarda yeni standart formalaşdırıb. Bu amil həm uzunmüddətli istifadə, həm də ikinci əl bazarında dəyərin qorunması baxımından həlledici rol oynayır.Bağlantı texnologiyalarında da mühüm yenilik gözlənilir. Apple-ın öz istehsalı olan C2 modem 5G bağlantısının daha stabil olmasını, sıx ərazilərdə isə sürətin artmasını təmin edə bilər. Şirkətin bütün komponentləri özü dizayn etməsi enerji sərfiyyatını azaltmaq məqsədi daşıyır. Nəticədə daha güclü siqnal, daha sürətli internet və eyni şarjla daha uzun istifadə mümkün ola bilər.Ümumilikdə ortaya çıxan mənzərə göstərir ki, Apple 2026-da sadəcə xırda yeniləmələrlə kifayətlənmir. Daha böyük batareya, inkişaf etmiş kamera imkanları, uzunmüddətli yazılım dəstəyi və öz modem həlli iPhone-un bazardakı mövqeyini ciddi şəkildə gücləndirə bilər. Samsung üçün isə təkcə iri ekran və qələm funksiyası ilə istifadəçiləri əldə saxlamaq əvvəlki qədər asan görünmür.Əgər yayılan məlumatlar təsdiqlənsə, 2026 mobil bazar üçün dönüş ili kimi yadda qala bilər. Böyük batareya, sürətli şarj, kamera keyfiyyəti və uzun yazılım dəstəyi arasında seçim əvvəlki kimi sadə olmayacaq. iPhone artıq yalnız stabil işləyən telefon deyil, birbaşa liderlik iddiası olan real rəqibə çevrilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr