AZ

Bir kliklə gələn fəlakət: Kiberdələduzların toruna düşməməyin iki yolu

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsallaşmanın miqyasının genişlənməsi kibertəhlükəsizlik məsələsini ölkəmizdə əsas gündəm mövzusuna çevirib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov bildirir ki, kibertəhdidlər daha çox rəqəmsallaşmanın vüsət aldığı sahələri hədəf alır.

Bir kliklə gələn fəlakət: Kiberdələduzların toruna düşməməyin iki yolu

Onun sözlərinə görə, kiberfırıldaqçıların diqqəti ən çox maliyyə sektorundadır. Hazırda bu sahədə kartlardan vəsaitlərin oğurlanması ilə bağlı milyonlarla manatlıq itkilər qeydə alınır. Mütəxəssis vurğulayır ki, Mərkəzi Bank keçən il maliyyə təşkilatları üçün informasiya təhlükəsizliyi tələblərini sərtləşdirib:

- Maliyyə qurumları mütəmadi olaraq yoxlamalar keçirməli və aşkar olunan boşluqları dərhal aradan qaldırmalıdırlar;

- Bəzi qurumlarda boşluqların yaranma səbəbi köhnə texnologiyaların istifadə edilməsidir. İnfrastrukturun yenilənməməsi və lisenziyaların vaxtında alınmaması kiberhücumlar üçün münbit şərait yaradır.

Təcrübə göstərir ki, kiberhücumların əksəriyyəti texniki xətadan deyil, məhz istifadəçilərin məlumatsızlığından baş tutur. R.Cabarov vətəndaşlara bir neçə vacib məsləhət verib:

- Məlumatlarınızı gizli saxlayın: şəxsi və xüsusən kontakt məlumatlarınızı internet üzərindən paylaşmaqdan çəkinin;

- Təkliflərə şübhə ilə yanaşın: "Heç kim heç nədən heç nə vermir". Əsassız və həddən artıq cəlbedici görünən təkliflərə dərhal "yox" deməyi bacarmalısınız.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
oxu.az

1Mənbələr