AZ

Bəhram Rəcəbzadədən ildırım sürətli nakaut: Rəqibini 16 saniyəyə məhv etdi

ain.az, Fanat saytına istinadən bildirir.

Azərbaycanın ağır çəkili kikboks ulduzu Bəhram Rəcəbzadə GLORY-də növbəti şousunu göstərib.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan turnirdə "qızıl canavar" rumıniyalı Kristian Ristea ilə qarşılaşıb.

Döyüşün başlama zəngindən cəmi 16 saniyə keçmiş Bəhram sarsıdıcı zərbələri ilə rəqibini ağır nokauta salaraq qələbəni bayram edib.

Ristea nə baş verdiyini anlamadan özünü yerdə tapıb və hakimin müdaxiləsi ilə döyüş dərhal dayandırılıb.

Bu, təmsilçimizin karyerasındakı ən sürətli və möhtəşəm qələbələrdən biri kimi yadda qalacaq.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr