AZ

"Politico": ABŞ Ukraynanı danışıqlardan kənar qoya bilər

BAKI, 8 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynanı sülh prosesindən kənar qoyaraq Moskva ilə birbaşa razılaşma əldə etməyə cəhd edə biləcəyindən narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə"Politico" nəşri yazır.

Qeyd olunur ki, bu addım 2026-cı ildə keçiriləcək ara seçkilərə hazırlıq fonunda baş verə bilər.

Ukrayna lideri hesab edir ki, ABŞ-dəki daxili siyasi vəziyyət Vaşinqtonu sülh razılaşmasını sürətləndirməyə sövq edən əsas amillərdən biridir. Zelenski narahatdır ki, seçki təzyiqləri altında Prezident Donald Tramp kompromisə gedə bilər, Ukraynanın maraqlarını nəzərə almadan.

Məqalədə həmçinin vurğulanır ki, ABŞ administrasiyasının bir çox təşəbbüsləri konflikti tez həll etməyə yönəlib, bu da ekspertlərin fikrincə, siyasi mənfəət əldə etmək cəhdləri ilə bağlıdır.

Seçilən
40
teleqraf.com

1Mənbələr