AZ

9 kiloluq geyimlə səhnəyə çıxdı, paltarlarını 3 çemodanla daşıdılar Avropa gözəli bu qız oldu ( FOTOLAR)

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Livanın paytaxtında keçirilən “Miss Europe 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi Kseniya Qnedina olub. Final mərasimi fevralın 6-da baş tutub və müsabiqədə Avropanın müxtəlif ölkələrindən qırxdan çox iştirakçı yer alıb.Demokrat.az xəbər verir ki, Kseniya Qnedinanın çıxışı münsiflər heyətinin xüsusi diqqətini cəlb edib. O, final gecəsində “Rusiya dövləti” adlı milli geyimdə səhnəyə çıxıb. Təxminən doqquz kiloqram çəkisi olan geyim iki hissədən ibarət olub və əl işi naxışlarla bəzədilib. Naxışlarda Kremlin, Böyük Teatrın və ölkəni simvolizə edən digər məşhur məkanların təsvirləri yer alıb. Donun ətəyi isə Rusiya bayrağının rəngləri ilə tamamlanıb.Səhnə çıxışı zamanı Qnedina əvvəlcə geyimin qapalı variantında münsiflər qarşısına çıxıb, daha sonra donu açaraq obrazın tam formasını nümayiş etdirib. Bu an finalın ən yaddaqalan məqamlarından biri kimi qiymətləndirilib.Bildirilib ki, ağır və həcmli geyim müsabiqə məkanına ayrıca çamadanla daşınıb, qiymətli daşlarla bəzədilmiş baş örtüyü isə ayrıca qablaşdırılıb. Kseniya Qnedinanın sözlərinə görə, milli obraz ölkəsinin gücünü, tarixi dərinliyini və mədəni irsini vurğulamaq məqsədi daşıyıb.Müsabiqə ilə bağlı yayılan məlumatlarda məhz bu çıxışın qalibiyyətə gedən yolda həlledici rol oynadığı qeyd olunur. Münsiflər və tamaşaçılar qarşısında yaradılan təsir Kseniya Qnedinanın “Miss Europe 2026” tituluna layiq görülməsində əsas amillərdən biri olub.Kənan

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr