AZ

Rodriqes ümumi amnistiya qanununu dəstəkləyib

Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes Bolivar Respublikasının Milli Assambleyasının (parlament) müzakirəsində olan ümumi amnistiya haqqında qanuna dəstəyini ifadə edib.

"Far.Az"un məlumatına görə, Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

"Mən Milli Assambleya tərəfindən amnistiya haqqında qanunun birinci oxunuşda yekdilliklə təsdiqlənməsini alqışlayıram", - deyən Rodriqes bu qanunun Venesuelada sülhə və barışığa xidmət etməli olduğunu vurğulayıb.

O qeyd edib ki, ədalət demokratik birgəyaşayışın təməl daşına çevrilməlidir. Rodriqes Venesuela xalqının ən ağır çətinliklərin öhdəsindən gəldiyini və məğlubedilməz qaldığını bildirərək azad və müstəqil Venesuelada birliyi qorumağa çağırıb.

Seçilən
33
far.az

1Mənbələr