Təmizliyin təsirini artırmaq istəyərkən evinizi zəhərli qaz laboratoriyasına çevirməyin.
Milli.Az xəbər verir ki, bəzi təmizlik vasitələrinin birləşməsi saniyələr içində ölümcül kimyəvi reaksiyaya səbəb ola bilər.
Mütəxəssislərin ən çox qorxduğu və xəbərdarlıq etdiyi məqamlar:
Ağardıcı (Xlor) + Turşu: Ölümcül cütlük
Bir çox insan ağardıcı (çamaşır suyu) ilə limon duzu və ya sirkəni qarışdıraraq daha güclü təmizlik əldə edəcəyini düşünür. Lakin bu birləşmə Xlor qazı yaradır:
Bu qaz tənəffüs sisteminə birbaşa hücum edir, ağciyərlərdə ciddi zədələr buraxır və boğulma hissi yaradır.
Gözlərdə qalıcı toxuma hasarlarına və dəridə ağır kimyəvi yanmalara səbəb ola bilər.
Təmizlik məhsullarını bir-birinə qatmaq onların təmizləmə gücünü artırmır, əksinə toksik reaksiyanı başladır. Məqalədə qeyd olunan təhlükəli kombinasiyalar:
Ağardıcı + Ammonyak: Nəfəs darlığı və sinə ağrısına səbəb olan xloramin qazı yaradır.
Ağardıcı + Alkoqoll: Huşun itirilməsinə və daxili orqan zədələnməsinə yol açan xloroform yaradır.
Sirkə + Soda: Bu ikisi qarışdıqda bir-birini neytrallaşdırır və təmizlik gücünü itirir, lakin qapalı qabda köpüklənərək partlayışa səbəb ola bilər.
Qışda evləri isitmək üçün pəncərələr qapalı saxlanılır. Bu, kimyəvi buxarların otaqda toplanmasına və zəhərlənmə riskinin bir neçə dəfə artmasına səbəb olur. Mütəxəssislər təmizlik zamanı və ondan sonra otaqların mütləq yaxşıca havalandırılmasını şərt qoyurlar.
Əgər təsadüfən belə bir qarışıq hazırlamısınızsa və ya kəskin qoxu hiss edirsinizsə:
Dərhal ərazini tərk edərək təmiz havaya çıxın.
Kimyəvi maddə dəriyə dəyibsə, həmin nahiyəni ən azı 15 dəqiqə bol su ilə yuyun.
Nəfəs darlığı, öskürək və ya başgicəllənmə varsa, vaxt itirmədən həkimə və ya Təcili Yardıma müraciət edin.
Lalə Qüdrətova
Milli.Az