“L'Équipe” qəzetinin məlumatına görə, PSJ Luis Enrike ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
İdman.Biz bildirir ki, baş məşqçinin hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Mənbənin məlumatına görə, klub rəhbərliyi ispan məşqçi ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamağa ümid edir.
Qeyd olunur ki, ilkin müzakirələr sakit və müsbət atmosferdə gedir. İdealda, PSJ rəhbərləri digər klubların məşqçiyə artan marağı nəzərə alınmaqla mövsümün sonuna qədər Enrike ilə yeni müqavilə bağlamaq istəyirlər.
Enrike 2023-cü ilin yayından PSJ-ni idarə etməyə başlayıb. Onun rəhbərliyi altında Fransa klubu tarixində ilk dəfə Çempionlar Liqasını və daha doqquz kubok qazanıb.