AZ

Vəfanın arxiv VİDEOsu yayıldı

Müğənni Vəfa Şərifovanın illər əvvələ aid arxiv videosu sosial şəbəkələrdə yayılıb.

Bizim.Media  xəbər verir ki, görüntülərdə 23 yaşında olan ifaçının musiqi layihələrindən birində iştirak etdiyi anlar əks olunub. Gənc yaşlarında olan Vəfa Şərifovanın görünüşü və səhnə tərzi izləyicilərin diqqətini çəkərək marağa səbəb olub.

Video sosial mediada müxtəlif müzakirələr yaradıb. Bəzi istifadəçilər müğənninin indiki görünüşü ilə o dövr arasındakı fərqləri vurğulayaraq dəyişimin süni müdaxilələr nəticəsində baş verdiyini iddia ediblər. Digər bir qisim isə Vəfa Şərifovanın həmin dövrdə də cazibədar və təbii göründüyünü qeyd edərək onu müdafiə edib.

Arxiv görüntüləri qısa zamanda geniş yayılaraq müğənninin keçmiş halı ilə bağlı müzakirələrə yol açıb. (Milli.az)

 

 

Bizim.Media 

Seçilən
1
7
bizim.media

10Mənbələr