AZ

Transfer qiyməti 5 milyon dollar oldu - “Neftçi”dən tanıdığımız braziliyalının

“Neftçi”nin sabiq legioneri Mateus Saldanya ölkəsi Braziliyanın güclü klublarından olan “İnternasional”a keçə bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən klub hücumun mərkəzini məhz onunla gücləndirmək niyyətindədir.

Lakin “İnternasional” bunun üçün yayı gözləməlidir. Çünki müqavilə ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubuna məxsus olan Saldanya dünən ölkənin digər komandası “Şarjah”a icarəyə verilib.

İcarə müddəti iyuna qədər olan 26 yaşlı forvardın transfer qiyməti 5 milyon dollar olaraq göstərilib.

Bu mübarizədə “Şarjah”ı qabaqlamaq istəyən “İnternasional” rəhbərliyi indidən transfer məsələsində “Əl Vasl”la anlaşmağa çalışır.

Tərəflər razılığa gəlsə, futbolçu iyunda Braziliyaya qayıdaraq A Seriyasında çıxışını davam etdirəcək.

Mateus Saldanya 2022-23 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”nin heyətində keçirib.

Seçilən
13
sportinfo.az

1Mənbələr