AZ

Gəncədə sirkə turşusu içən 29 yaşlı kişi öldü

Gəncədə sirkə turşusu içərək zəhərlənən kişi xəstəxanada vəfat edib.

Unikal”ın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1997-ci il təvəllüdlü T. Quliyev yaşadığı evdə sirkə turşusu içib.

29 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
37
1
unikal.az

10Mənbələr