Bu gün Misli Premyer Liqasında 19-cu tura star veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə lider "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək. Bu komandalar arasında ilk dövrədəki oyun 2:2 hesabı ilə başa çatıb.
Günün ikinci matçında "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Oyunun start fiti saat 18:30-da veriləcək. Komandaların ilk dövrədəki oyununda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.
8 fevral
16:00. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
"Bank Respublika Arena"
18:30. "Sumqayıt" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9 fevral
14:30. "İmişli" – "Kəpəz"
18:30. "Turan Tovuz" – "Karvan-Yevlax"
10 fevral
14:30. "Şamaxı" – "Qarabağ"
19:00. "Neftçi" – "Qəbələ"

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol