AZ

Ronaldu Messinin klubuna keçə bilər

BAKI, 8 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda Kriştianu Ronaldu ətrafında yaranan gərginlik ABŞ təmsilçisi “İnter Mayami”ni hərəkətə keçirib.

Teleqraf TCR saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun klubun transfer siyasətindən narazı qalması və komandanın son oyunlarını boykot etməsi onun yayda ayrılacağı ehtimallarını gücləndirib.

Bu vəziyyəti yaxından izləyən “İnter Mayami”nin sahibi Devid Bekhem futbol tarixinin ən böyük layihəsini reallaşdırmaq niyyətindədir. Məlumata görə, Bekhemin əsas hədəfi karyeralarının sonunda Ronaldu və Lionel Messini eyni komandada birləşdirməkdir. Hazırda Messinin çıxış etdiyi Florida təmsilçisi Ronaldunun transferi üçün artıq nəhəng maliyyə və marketinq planlarını hazırlamağa başlayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir.

Seçilən
20
teleqraf.com

1Mənbələr