AZ

Rusiya Odessanı vurdu: Sənaye obyekti zədələndi

BAKI, 8 fevral. TELEQRAF

Rusiya ordusu gecə saatlarında Ukraynanın Odessa şəhərinə zərbələr endirib, nəticədə sənaye obyekti zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak "Telegram"da məlumat yayıb.

Vilayət rəsmisi hücumun fəsadlarını açıqlayıb: "Gecə saatlarında düşmən Odessaya hücum edib. Sənaye obyektinə ziyan dəyib. Həmçinin partlayış dalğası nəticəsində dini ibadət yerinin pəncərələri sınıb".

S.Lisakın sözlərinə görə, yaşayış fondunda dağıntılar minimal səviyyədədir. Kommunal xidmətlər artıq ərazilərdə işləyib və fəsadları operativ şəkildə aradan qaldırıb.

Qeyd edək ki, fevralın 4-nə keçən gecə Rusiya qüvvələri Odessa vilayətinə dronlarla hücum etmiş, nəticədə kritik infrastruktur obyekti zədələnmişdi. Həmin vaxt şəhərdə baş verən dron hücumu zamanı 5 nəfər xəsarət almışdı.

Seçilən
18
teleqraf.com

1Mənbələr