AZ

“Qarabağ”ın rəqibi uduza uduza gedir Dalbadal 3 oldu

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”ın rəqibi uduza-uduza gedir - Dalbadal 3 oldu

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" öz meydanında "Brentford"da qarşılaşıb vıə 2:3 hesabı ilə uduzub.

Bu, “Nyukasl”ın Premyer Liqada ardıcıl 3-cü məğlubiyyəti olub. Ümumən isə onlar yerli liqada artıq 4 oyundur qələbə qazana bilmirlər.

"Nyukasl" – "Brentford" - 2:3

Qollar: Botman, 24. B.Gimarayns, 79-pen – Janelt, 37. İ.Tyaqo, 45+2-pen. Uattara Da, 85.

Bu nəticədən sonra "Brentford" 39 xalla 7-ci, "Nyukasl" 33 xalla 12-ci pillədə qərarlaşıb.

"Nyukasl" fevralın 10-da Premyer Liqada "Tottenhem"in, fevralın 14-də isə İngiltərə kubokunda "Aston Villa"nın qonağı olacaq, 

"Qarabağ" və "Nyukasl" arasında isə ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması fevralın 24-i Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da) başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
4
qol.az

5Mənbələr