Aralıq dənizinin Girit adası sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Yerin 9,19 km dərinliyində baş verib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib.