AZ

"Netflix"in fəaliyyəti ilə bağlı araşdırma başlanıb

ABŞ Ədliyyə Nazirliyi "Netflix"in qanuni rəqabət prinsiplərini pozan metodlardan istifadə edib-etməməsini araşdırır. Araşdırma yayım platformasının "HBO Max" xidmətini də əhatə edən "Warner Bros. Discovery"ni satın alması planından qaynaqlanır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qeyd olunub ki, nazirlik "Netflix"in "Warner Bros. Discovery" ilə satın almasını şirkətin bazar dominantlığını möhkəmləndirmə və ya gələcəkdə inhisara səbəb olma ehtimalını araşdırır. ABŞ qanunvericiliyi tənzimləyicilərə bazarın inhisarlaşmasına səbəb ola biləcək müqavilələri və razılaşmaları bloklamaq üçün geniş səlahiyyətlər verir.

Qeyd edək ki, "Netflix" "Warner Bros. Discovery"nin aktivlərinin bir hissəsini 83 milyard dollara əldə etmək planlarını açıqlayıb.

Seçilən
1
5
ikisahil.az

6Mənbələr