Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına çevrilib.
Bizim.Media xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platformasında yazıb.
"11% populyarlıq reytinqinə sahib və dünyanın ən çox nifrət edilən dövlət başçısı olduğunuz zaman daha heç bir təşəbbüs göstərməməlisiniz! Bunu etməyə haqqınız yoxdur!", - deyə o qeyd edib.
Filippot Fransa prezidentini ictimai həyata fəal şəkildə müdaxilə etməyə davam etməkdə günahlandırıb.
Bizim.Media