AZ

Cefri Epşteyn haqda elə bir məlumat yayıldı ki... İntihar etməyib, əslində...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Britaniya şahzadəsi Endryunun keçmiş sevgilisi, model Leydi Viktoriya Hervi Cefri Epşteynin ölmədiyini iddia edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.

“Hervinin sözlərinə görə, Epşteyn həbsxanadan planlı bir əməliyyatla qaçırılıb və hazırda İsraildə gizlənir. Model bu iddiaları “LBC” radiosunda Tom Svarbrikin proqramında canlı yayım zamanı səsləndirib. O, Epşteynin intihar etdiyi barədə rəsmi açıqlamalara inanmadığını bildirib. “Açığı, onun öldüyünə belə inanmıram” deyə qeyd edib”, – nəşr yazıb.

Hervi Epşteynin həbsxanadan “trip van” adlı nəqliyyat vasitəsi ilə çıxarıldığını və cəsədlərin dəyişdirildiyini iddia edən nəzəriyyələrə diqqət çəkib:

“Onun sözlərinə görə, bu iddialar ilk dəfə illər əvvəl “4Chan” platformasında özünü həbsxana işçisi kimi təqdim edən anonim şəxs tərəfindən irəli sürülüb və son sənədlərin yayımlanmasından sonra yenidən gündəmə gəlib”.

Qeyd edək ki, bir çox cinayətlərdə ittiham edilən Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapıldıqdan sonra bunun intihar olub-olmaması uzun müddət müzakirə edilmişdi. Yeni sənədlər, görüntülər və təhlükəsizlik məsələlərindəki boşluqlar ictimaiyyətdə “Epşteyn həqiqətən öldümü” sualını yenidən gündəmə gətirib.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzində, məhkəməni gözlədiyi vaxt kamerada ölü tapılıb. Rəsmi açıqlamalara görə, o intihar edib.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
globalinfo.az

10Mənbələr