AZ

Heç kim bizə göstəriş verə bilməz Əraqçi

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran heç kimdən əmr almır və nüvə zənginləşdirilməsi ölkənin təbii haqqıdır.

Gununsesi.info  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir bildirib ki, İran dinc nüvə proqramına və zənginləşdirmə texnologiyasına sahib olmaq üçün böyük itkilər verib:

“Bu, İranın ehtiyacı idi. Mən məsələyə müstəqillik prizmasından yanaşmaq istəyirəm. Heç kimin bizə nəyə sahib olub-olmayacağımızı diktə etmək haqqı yoxdur. Uranı zənginləşdirmək bizim haqqımızdır və bu, yalnız İranın daxili işidir”.

Əraqçi qeyd edib ki, qarşı tərəf narahatlıqlarını əsas gətirərək İrana qadağalar qoymağa çalışır:

“Onlar deyir ki, ‘narahatıq, ona görə zənginləşdirmə aparmayın’. Amma heç kim ‘mən belə istəyirəm deyə, sən buna sahib olmamalısan’ deyə bilməz. İran sübut etməlidir ki, heç kimdən göstəriş almır”.

XİN rəhbəri vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı suallar varsa, Tehran izahat verməyə hazırdır və bunun yeganə yolu diplomatiyadır:

“Hətta obyektlərimizi bombaladılar, lakin məqsədlərinə çata bilmədilər”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr