AZ

Zəhra reytinq turnirində bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində bürünc medal qazanıb.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Qeyd edək ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.

Seçilən
4
16
nocomment.az

10Mənbələr