AZ

KİV: Tramp xarici siyasətdə hərbi xətti gücləndirir

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp xarici siyasətdə taktikanı dəyişərək daha sərt və operativ xətt seçib. Bunun bariz nümunəsi kimi, ABŞ-nin aparıcı hərbi rəsmiləri ilk dəfə olaraq Rusiya və İranla aparılan əsas danışıqlara cəlb ediliblər.

Teleqraf "Associated Press"ə (AP) istinadən xəbər verir ki, Tramp hərbçiləri yüksək səviyyəli diplomatik danışıqlara qatmaqla qeyri-adi qərara imza atıb.

Bu, hərbçilərin xarici siyasətə birbaşa təsir etdiyi yeni diplomatiya strategiyasından xəbər verir.

Nəşr qeyd edir ki, ABŞ-nin ordu naziri Den Driskoll Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatdırılmasına dair danışıqlarda əsas rol oynayır. O, sessiyalar arasında Ukrayna hakimiyyəti ilə əlaqə saxlayaraq, Kiyevlə Vaşinqton (o cümlədən Cared Kuşner və xüsusi nümayəndə Stiven Uitkoff) arasında əlaqələndirici funksiyasını yerinə yetirir.

Bundan əlavə, Əbu-Dabidəki danışıqlara ABŞ-nin Avropa Komandanlığının (EUCOM) rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç də qatılıb. Onun iştirakı Kreml ilə yüksək səviyyəli hərbi təmasların bərpasına və davamlı sülh üçün daimi dialoqun təmin edilməsinə yönəlib.

İranla bağlı məsələdə isə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Omanda keçirilən dolayı danışıqlarda ilk dəfə iştirak edib. Maraqlı məqam ondan ibarətdir ki, admiral görüşə parad formasında gələrək, ABŞ-nin regiondakı hərbi mövcudluğunun güclənməsinə işarə edib.

Analitiklər hesab edirlər ki, Trampın danışıqlara diplomatları deyil, hərbçiləri göndərməsi Ağ Evin daha sərt və konkret nəticələrə hesablanmış xarici siyasət yürütmək istəyini göstərir. Bu yanaşma ənənəvi diplomatiyadan uzaqlaşma və beynəlxalq münaqişələrin həllində hərbçilərin rolunun artması kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqlarının növbəti raundu keçirilib. Fevralın 5-də ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşü "konstruktiv" adlandıraraq, atəşkəs rejiminin mexanizmlərinin müzakirə edildiyini bildirib.

Lakin "The Wall Street Journal" fevralın 6-da dərc etdiyi təhlildə danışıqların minimal nəticə ilə bitdiyini yazıb. Nəşrin məlumatına görə, Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabi görüşünü ən çətin məsələ olan "Donbas ərazilərinə nəzarət" mövzusunda demək olar ki, heç bir irəliləyiş əldə etmədən başa vurublar.

Yeganə nəzərəçarpacaq nəticə hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşma olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
sherg.az

2Mənbələr