AZ

Fatimə əməliyyat olunacaq: Soyuq olanda ağrıyır, yaman şişmişdi

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rəqqasə Fatimə Fətəliyeva cərrah bıçağı altına yatacaq.

Milli.Az xəbər verir ki, o, gələn ay əməliyyat olunacaq.

Fətəliyeva göz bəbəyini zədələyib:

"Gözlərimdə problem yaranıb. Dörd ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib. Nə qədər müalicə etsəm də, alınmır. Soyuq olanda, makiyaj edəndə ağrıyır. Rusiyada toyda makiyajlı formada rəqs edirdim, üçüncü rəqsdə artıq gözümü qırpa bilmirdim, sanki iynə batırırdılar. Moskvada 2 rəqsimi bu cür təqdim etmişdim. Orada müalicə aldım, 3 gün sonra gözüm bir az düzəldi, yaman şişmişdi. İndi isə əməliyyat olunacağam".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
6
news.milli.az

7Mənbələr