AZ

Azərbaycan millisi ikinci oyunda böyük hesabla uduzdu

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununa çıxıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın uyğun yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanmışdı.

Seçilən
9
8
fanat.az

10Mənbələr