AZ

Ermənistan Hindistandan aldığı silahları ilk dəfə nümayiş etdirdi

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Ermənistan ilk dəfə olaraq Hindistandan alınan silah və hərbi texnika nümunələrini nümayiş etdirib.

Telegraf "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi sosial şəbəkə hesabında məlumat verib və videogörüntülər paylaşıb.

Nümayiş Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhanın İrəvana rəsmi səfəri çərçivəsində baş tutub.

Nazirin sözlərinə görə, səfər zamanı hindistanlı generala təkcə Ermənistanın yerli istehsalı olan silahlar deyil, həm də Hindistanın müdafiə sənayesi tərəfindən istehsal edilən və İrəvanın arsenalına daxil edilən silah sistemləri təqdim olunub.

Tərəflər hərbi poliqonda silahların imkanları ilə əyani şəkildə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
hurriyyet.az

6Mənbələr