AZ

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Niderland Erediviziyasında növbəti turun görüşləri keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Volendam” 21-ci turda “Zvolle”nin qonağı olub.

Kökçünün komandası səfərdə 2:1 qalib gəlib. Millimizin üzvü oyuna start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Volendam” hazırda 21 xala malikdir və turnir cədvəlində 15-ci yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
3
bizim.media

5Mənbələr