Fevralın 6-da Rusiyanın "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Ermənistan palamentinin sədri Alen Simoyanla görüşüb.
"Rosatom" rəhbəri görüşdə Ermənistan Atom Elektrik Stansiyasının (AES) ömrünün uzadılması üzrə işlərin gedişatı barədə məlumat verib. Tərəflər, həmçinin Ermənistanda yeni nüvə enerji bloklarının tikintisini ətraflı müzakirə ediblər.
"Rosatom" erməni tərəfdaşlarına böyük, orta və kiçik tutumlu atom elektrik stansiyalarının tikintisi və qeyri-nüvə layihələrinin həyata keçirilməsi də daxil olmaqla hərtərəfli əməkdaşlıq təklif edir.
Tahir TAĞIYEV