AZ

“Qarabağ”dan ayrılan Nəriman bu klubda oynayacaq!

Nəriman Axundzadənin “Qarabağ”dan ayrılacağı qətiləşib.

Etibarlı mənbələr QOL.az saytına təsdiq edib ki, 22 yaşlı hücumçu karyerasını ABŞ-da - MLS təmsilçisi “Kolambus Kru” klubunda davam etdirəcək. 

Tezliklə tərəflər arasında müqavilə imzalanacaq.

“Qarabağ”ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Nərimanın ABŞ-da oynayacağına dair ilk xəbəri sportinfo.az saytı yayıb.

Seçilən
3
8
hit.az

9Mənbələr