AZ

Rusca danışdı, kapitanlıqdan məhrum oldu

ain.az, Qol.az saytına istinadən bildirir.

Rusca danışdı, kapitanlıqdan məhrum oldu

"Karpatı" klubunda gözlənilməz kapitan dəyişikliyi baş verib.

QOL.az xəbər verir ki, buna səbəb komandanın kapitanı Denis Miroşniçenkonun yoxlama oyunu zamanı rus dilində danışması olub.

Belə ki, matçdan əvvəl komanda yoldaşlarına motivasiya vermək istəyən futbolçunun rusca çıxışı canlı yayıma düşüb. Bu isə klub azarkeşlərinin kəskin etirazına səbəb olub.

Fanatların təzyiqindən sonra klub dərhal hərəkətə keçib və Miroşniçenkonu kapitanlıqdan məhrum edib. Keçirilən səsvermə nəticəsində moldovalı legioner Vladislav Baboqlo yeni kapitan seçilib. Onun ukraynaca sərbəst danışdığı bildirilir.

Qeyd edək ki, "Karpatı" hazırda Ukrayna Premyer Liqasında 9-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
1
qol.az

2Mənbələr