“Bolt” şirkəti 2026-cı ildə yanacaq qiymətlərində baş verən artımla bağlı tarifləri artırıb.
Pravda.az Operativ Media-a istinadən xəbər verir ki, bu barədə sürücülərə bildiriş göndərilib.
Məlumata görə, yanacaq xərclərinin yüksəlməsi fonunda əsas bölgələrdə bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb.
Qeyd edək ki, 2026-ci ilin yanvar ayından etibarən benzin 5 qəpik, dizel yanacağı isə 10 qəpik bahalaşıb.
Tarix: 8 Fevral 2026, 17:53