AZ

Müəllimi güllələyən şagird terrorçunu “kumir” seçibmiş?

Bakıda “İdrak” liseyində müəllimini güllələyən şagirdə məxsus olduğu iddia edilən “TikTok” paylaşımları sosial şəbəkələrdə yayılıb.

Sözügedən “TikTok” hesabındakı “repost”ların böyük əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır.

Qeyd edək ki, hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. Belə ki, kollecin 18 yaşlı tələbəsi əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb.

Bu, bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidirlər.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.

Seçilən
1
13
aznews.az

10Mənbələr