AZ

"Deku ilə əməkdaşlıq başa çatacaq, Flik komandada qalacaq"

“Barselona”nın prezidentliyinə namizəd Viktor Font seçkilərdə qalib gəlsə, klubun hazırkı idman direktoru Deku ilə əməkdaşlığı dayandıracağını açıqlayıb.

90deqiqe.Az-ın "RAC1"ə istinadən məlumata görə, o, həmçinin komandada baş məşqçi Hans-Diter Fliki saxlamaq istədiyini bildirib.

“Deku mənim idman direktorum olmayacaq. Biz Hans-Diter Flik üçün ən uyğun strukturu quracağıq. Onun adını açıqlamayacağıq, çünki mövcud müqaviləsi qüvvədədir”

Əvvəllər xəbər verilmişdi ki, Flik hazırkı prezident Joan Laporta yenidən seçilməsə, “Barselona” ilə müqaviləsini uzatmaya bilər. Seçkilər 15 martda keçiriləcək, yeni prezident isə 1 iyul tarixindən vəzifəyə başlayacaq.

Seçilən
25
90deqiqe.az

1Mənbələr