AZ

"Bu gün oyunçularımda narahatlıq gördüm" - Andrey Demçenko

Misli premyer-liqasının 19-cu tur qarşılaşmasında “Araz-Naxçıvan” “Sabah”a uduzdu - 4:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Andrey Demçenko media önünə çıxıb.

- Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Buraxılan qollar öz səhvlərimizə görə oldu. İlk dəqiqələrdən rəqibə təzyiq göstərməyə çalışdıq. Təzyiq komanda işidi buna görə də qapımızda qol gördük. Əks-hücumdan 3 qol buraxdıq. Hücum
oyunu oynamaq üçün istək olmalıdı. “Neftçi” ilə oyunda da belə olmuşdu. Bu gün oyunçularımda narahatlıq gördüm. Hazırda komandanı müdafiədən hücum oyununa yönəldirik.

- Felipe Santos bu gün sonradan meydana daxil olub, qol vurdu. Sizin üçün hələ də məşq oyundan önəmlidi?
- Bu yaxşı nəticədi. Komanda oyunu müdafiə yox, hücumdan da aslıdı. Hən müdafiə, həm də hücum futbolu oynamaq lazımdı. Komanda olaraq uduzduq

Seçilən
56
football-plus.az

1Mənbələr