AZ

“Real” Brahim Diası qışda satmadı

Qış transfer pəncərəsinin bağlanmasına yaxın, “Real”ın hücumçusu Brahim Dias İngiltərə Premyer Liqası klublarından birinə keçə bilərdi.

90deqiqe.Az-ın “Africafoot”a istinadən məlumata görə, “Arsenal” Mikel Merinonun zədəsi səbəbindən 26 yaşlı futbolçunu transfer etməyə çalışıb.

Lakin “Real” qış transfer pəncərəsində heç bir satış əməliyyatı həyata keçirmədiyi üçün keçid baş tutmayıb. 

Brahim Dias cari mövsümdə “Real”la 21 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt-ın qiymətləndirməsinə görə, marokkolu futbolçunun bazar dəyəri 35 milyon avrodır.

Seçilən
33
90deqiqe.az

1Mənbələr