AZ

"Putinlə Zelenski şəxsən görüşməlidirlər" - Ukrayna XİN

Ukrayna və Rusiya liderləri sülh danışıqlarında qalan ən çətin məsələləri müzakirə etmək üçün şəxsən görüşməlidirlər.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Müharibəni yalnız Tramp dayandıra bilər", - deyə o qeyd edib. Sibiqa iddia edib ki, son üçtərəfli danışıqların əsasını təşkil edən 20 maddəlik sülh planında yalnız "bir neçə" məsələ həll olunmayıb.

"Ən həssas və mürəkkəb məsələlər rəhbərlik səviyyəsində həll olunmalıdır. Məncə, irəliləyiş var. Bu sülh səyləri gücləndirilməli və ya səfərbər olunmalıdır və biz prosesi sürətləndirməyə hazırıq. Şəxsən mən bu mərhələdə amerikalılar olmadan heç bir təhlükəsizlik arxitekturasının mövcud olduğuna inanmıram... Onlar bizimlə olmalıdırlar və onlar artıq bu istiqamətdə işləyirlər. Bu, böyük bir nailiyyətdir", - nazir deyib.

O, həmçinin bildirib ki, sülh prosesi zamanı istənilən ölkənin Rusiyanın Krım və ya Donbas üzərində suverenliyini tanımaq qərarı "hüquqi cəhətdən etibarsız" olacaq.

Seçilən
64
50
unikal.az

10Mənbələr