AZ

MPL: "Zirə" Sumqayıtdan qələbə ilə qayıdır

Misli Premyer Liqasının 19-cu turunda "Zirə" "Sumqayıt"ın qonağı olub

İki sahil” yazır ki, 24-cü dəqiqədə Davit Volkov hesabı açsa da 26-cı dəqiqədə Nikola Ninkoviç bərabərlik qolunu vurub.

36-cı dəqiqədə isə Qismət Alıyev yenidən bakılıları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Aleksandr Ramalinqom yenidən hesabı bərabərləşdirib – 2-2. 88-ci dəqiqədə isə Giorgi Papunaşvili üçüncü dəfə “Zirə”ni hesabda önə çıxarıb.

Misli Premyer Liqası,

19-cu

8 fevral

18:30. "Sumqayıt" 2-3 "Zirə"

Qollar: Davit Volkov, 24 (0-1), Nikola Ninkoviç, 26 (1-1), Qismət Alıyev, 36 (1-2), Aleksandr Ramalinqom, 50 (2:2), Giorgi Papunaşvili, 88 (2:3)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
68
ikisahil.az

1Mənbələr