
Qubada qidadan zəhərlənmə baş verib.
AFN.az xəbər verir ki, hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı qeydə alınıb. Belə ki, bir ailənin səkkiz üzvü qidadan zəhərlənib.
1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.