AZ

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

style='margin-bottom:10px;'>

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən nüfuzlu "Böyük Dəbilqə" turnirində gümüş medala sahib çıxıb. 

QOL.az xəbər verir ki, təmsilçimiz yalnız həlledici final qarşılaşmasında yaponiyalı rəqibi Yuhey Oinoya məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, turnirin ilk günləri komandamız üçün olduqca məhsuldar keçib. Belə ki, Balabəy Ağayev (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc mükafat qazanıb. 

Qeyd edək ki, Azərbaycan turnirdə ümumilikdə səkkiz cüdoçu ilə təmsil olunur. Paris "Böyük Dəbilqə"sinə bu gün keçiriləcək son qarşılaşmalarla yekun vurulacaq.

Seçilən
42
1
teleqraf.com

9Mənbələr