AZ

Məhkəmə ABŞ səfəri səbəbindən Netanyahunun dinləməsini ləğv edib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Baş naziri ilə ABŞ Prezidenti arasında 11 fevral çərşənbə günü Vaşinqtonda görüş gözlənilir

Qüds Rayon Məhkəməsi İsrail Baş naziri Benyamin Netanyahunun iştirakı ilə 10 və 11 fevral tarixlərində keçirilməsi planlaşdırılan korrupsiya dinləmələrini ləğv edib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “Kan” məlumat yayıb.

Fevralın 7-də Baş nazirin ofisi Netanyahunun gələn həftə ABŞ-a səfər edəcəyini açıqlayıb. Ofisin məlumatına görə, İsrail Baş naziri ilə ABŞ Prezidenti Donald Tramp arasında 11 fevral çərşənbə günü Vaşinqtonda görüş gözlənilir və görüşün əsas mövzusu ABŞ-ın İranla danışıqları olacaq.

Ofisdən bildirilib ki, Netanyahu "hər hansı danışıqların mütləq İranın ballistik raket arsenalının məhdudlaşdırılması" və "İran oxuna (Yaxın Şərqdə Tehranla müttəfiq olan qüvvələrə) dəstəyin dayandırılması mövzusunu əhatə etməli" olduğunu tələb edəcək.

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli barədə danışıqların yeni mərhələsi 6 fevralda Omanın paytaxtında baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı ilə bağlı çox ciddi məsləhətləşmələr aparıb və dialoqu davam etdirmək niyyətindədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
ayna.az

1Mənbələr