AZ

Barselona nın 158 milyon borcu var

Qol.az saytına istinadən ain.az xəbər verir.

"Barselona"nın 158 milyon borcu var

"Barselona" klubu hələ də transferlərə görə yaranmış köhnə borclarını ödəyib qurtara bilmir.

QOL.az "Transfer News Live"a istinadən xəbər verir ki, "Barselona"nın digər klublara ödənilməmiş borcu təxminən 158 milyon avro (138 milyon funt sterlinq) təşkil edir.

Klubun borclu olduğu siyahı aşağıdakı kimidir:

Rafinya üçün "Lids Yunayted"ə: 42 milyon avro;

Jül Kunde üçün "Sevilya"ya: 25 milyon avro;

Dani Olmo üçün "Leyptsiq"ə: 17,8 milyon avro;

Ferran Torres üçün "Mançester Siti"yə: 13,8 milyon avro;

Robert Levandovski üçün "Bavariya"ya: 9,7 milyon avro.

Məlumata görə, klubun maliyyə sabitliyini qorumaq üçün cari mövsümün sonuna qədər bu məbləğin böyük hissəsini, 140 milyon avrosunu ödəməli olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
qol.az

2Mənbələr