"Neftçi" Azərbaycan Basketbol Liqasının XVI turunda "Sabah"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" güclü rəqibi ilə bacarmayıb - 79:98.
Oyundan sonra "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski görüşlə bağlı fikirlərini bildirib:
"Əvvəlki oyundan sonra nəticələr çıxardıq və ümumilikdə oyun planımız yaxşı işlədi. Oyuna çox yaxşı başladıq, ilk hissədə sabit çıxış etdik və yaxşı enerji ilə oynadıq.
İkinci hissədə isə həddindən artıq sadə səhvlərə yol verdik və bir çox şanslarımızı dəyərləndirə bilmədik. "Sabah" səviyyəsində olan bir komandaya qarşı səhvləri maksimum dərəcədə azaltmalı və bütün 40 dəqiqə ərzində diqqətli olmaq lazımdır".