AZ

Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı

Rusiyada yeni minik avtomobilinin orta çəkili qiyməti il ərzində 13% artaraq 3,5 milyon rubla çatıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin rəhbəri Sergey Selikov öz "Telegram" kanalında məlumat verib.

Agentliyin hesablamalarına görə, 2026-cı ilin yanvar ayında yeni minik avtomobilinin orta çəkili qiyməti dekabr ayı ilə müqayisədə 2,1% az olsa da, 2025-ci ilin yanvarı ilə müqayisədə 13% çoxdur. 2025-ci ilin yanvarında Rusiyada işlənmiş minik avtomobilinin orta qiyməti 1,34 milyon rubla çatıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 14% artım deməkdir. 2024-cü ilin dekabrı ilə müqayisədə isə qiymət artımı minimal olub və cəmi 0,5% təşkil edib.

Bundan əvvəl Sergey Selikov keçirdiyi sorğu nəticəsində müəyyən edib ki, Rusiyada yeni minik avtomobillərinə tələbatın azalmasının əsas səbəbi banklardakı yüksək faiz dərəcələridir. Respondentlərin 63%-i məhz bu səbəbi qeyd edib. İkinci səbəb kimi ölkədəki ümumi iqtisadi vəziyyətlə əlaqədar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilib ki, bunu sorğu iştirakçılarının 43%-i vurğulayıb. Rusiyalıların daha 25%-i hesab edir ki, tələbatın azalması dünya avtomobil brendlərinin Rusiyaya qayıtması gözləntisi ilə bağlıdır.(Publika.az)

Seçilən
23
4
olke.az

5Mənbələr