AZ

Alimlər SÜBUT ETDİ: Bekarçılıq orqanizm üçün FAYDALIDIR

Alimlər boş-boşuna dayanmağın bədən üçün faydalı olduğunu sübut ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV elmi araşdırmalara istinadən məlumat yayıb.

Məlum olub ki, sağlamlığı qorumaq üçün bəzən ümumiyyətlə heç nə etməmək lazımdır.

Tədqiqatçıların fikrincə, bu cür “fəaliyyətsizlik” sinir sistemini peşəkar tükənmədən (burnout), depressiyadan və müxtəlif psixi pozuntulardan qoruyur.

Tədqiqatçılar müəyyən ediblər ki, sinir sistemi yalnız insan tamamilə heç nə ilə məşğul olmayanda dincəlir.

Belə anlarda orqanizm bütün resurslarını bədənin bərpasına, psixikanın yenidən yüklənməsinə və hətta DNT mutasiyalarının aradan qaldırılmasına yönəldir.

Mütəxəssislər qeyd edirlər ki, beynin və bədənin tam bərpası üçün bu cür “fasilələr” həyati əhəmiyyət kəsb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr