AZ

Epşteyn qalmaqalı İngiltərəni də "vurdu" - Baş nazirin aparat rəhbəri istefa verdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmerin aparat rəhbəri Morqan Maksuini istefa verib.

“Skay Nyus” telekanalının məlumatında deyilir ki, aparat rəhbəri pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar vəzifəsindən istefa verib.

O bildirib ki, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra hökumətdən ayrılmaq qərarı verib. Maksuininin sözlərinə görə, Piter Mandelsonun səfir təyin olunması səhv addım olub və bu qərar həm Leyboristlər Partiyasına, həm də ölkəyə zərər vuraraq siyasətçilərə olan etimadı sarsıdıb.

Mətləb

Seçilən
61
sia.az

1Mənbələr