AZ

Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Bakı. Trend:

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanınçökməsi nəticəsində azı altı nəfər həlak olub.

Trend-inməlumatına görə, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmiinternet saytında yayımlanan açıqlamasında bildirib.

“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddinəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, –deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davamedir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisnaolunmur.

Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardansonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənəməhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciətedib.

Seçilən
14
3
az.trend.az

5Mənbələr