AZ

ABŞ patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib

Bakı, 9 fevral, AZƏRTAC

Bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında, Fars körfəzi üzərində kəşfiyyat uçuşu həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursunun məlumatlarında deyilir.

Məlumata görə, təyyarə Bəhreyndə yerləşən aviabazadan havaya qalxıb. Çoxsaatlıq uçuş zamanı “P-8A Poseidon” mərkəzi Fars körfəzindəki beynəlxalq sular üzərindən keçərək, Bəhreynin şimal hissəsindən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edib.

Qeyd olunur ki, bu tip Amerika patrul təyyarələri müntəzəm olaraq Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzi ərazisindəki vəziyyətin monitorinqi üçün istifadə olunur.

Seçilən
57
5
azertag.az

9Mənbələr