AZ

Psixoloq həyəcan təbili caldı

Kompüter oyunu tərtibatçıları gənc istifadəçilərin diqqətini saxlamaq üçün daimi mükafatlar və nailiyyətlər sistemindən istifadə edirlər.

Publika.az xəbər verir ki, bu barədə psixoloq Yelena Kalaşnikova News.ru saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu yanaşma təməl neyrobioloji mexanizmlərdən istifadə edərək sonsuz inkişaf illüziyası yaradır.

"Oyun tərtibatçılarının motivasiya formalaşması, həzz alma və nailiyyət hissi kimi baza neyrobioloji mexanizmləri istismar etməsini bir növ hiylə adlandırmaq olar. Səviyyələrin keçilməsi sistemi, uğur anlarının paylanması, personajların və texnikanın təkmilləşdirilməsi imkanları istifadəçidə daimi artım təəssüratı yaradır. Tez-tez "dofamin dəstəyi" adlandırılan bu proses, əslində nə zehni, nə də fiziki cəhətdən böyük səy tələb etməyən kiçik, lakin tez-tez verilən mükafatlardır. Bu zaman inkişaf demək olar ki, sonsuz olur. İnsan bu "nailiyyət qazanmaq" tələsinə və mükafatlardan alınan həzzin asılılığına düşür. Belə vəziyyətdə dayanmaq çox çətin olur", - Yelena Kalaşnikova qeyd edib.

Psixoloq əlavə edib ki, mükafat (premium) hesablarına və ya oyun valyutasına qoyulan pul vəsaitləri cəlbediciliyi artıran əlavə amilə çevrilir, çünki xərclənən vəsaiti psixoloji cəhətdən dəyərsizləşdirmək çətindir. Həmçinin, oyunlarda beyində başqaları qarşısında məsuliyyət hissini formalaşdıran sosial mexanizmlərdən də tez-tez istifadə olunur.

Seçilən
42
30
publika.az

10Mənbələr