AZ

Külək əsəcək, qar yağacaq GÜNÜN HAVASI

ain.az, Bizim media saytına istinadən bildirir.

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya xəbər verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Paytaxtda havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq.Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bölgələrdə havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
30
bizim.media

10Mənbələr