AZ

Antiperspirantların daha bir zərəri üzə çıxdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dünyada və qonşu Türkiyədə yaşlı əhalinin payı artdıqca, Alzheimer və demans kimi xəstəliklər də artıq ailələrin kabusuna çevrilir. Əvvəllər bu xəstəliklərin əsasən genetik olduğu düşünülürdüsə, son araşdırmalar mənzərənin tam fərqli olduğunu üzə çıxarıb. Məlum olur ki, gündəlik həyatda fərqinə varmadan təmasda olduğumuz ətraf mühit amilləri beyin sağlamlığı üçün daha böyük risk yaradır.Demorkat.az xəbər verir ki, həkimlərin fikrincə, Alzheimer yalnız yaşla bağlı xəstəlik deyil. İçdiyimiz sudan istifadə etdiyimiz gündəlik məhsullara qədər bir çox detal bu riskin formalaşmasında mühüm rol oynayır.Açıqlanan rəsmi rəqəmlərə görə, Türkiyədə yaşlı əhali son beş ildə 16 faiz artıb. Dünya Səhiyyə Təşkilatının məlumatında isə hazırda dünyada təxminən 50 milyon demans xəstəsinin olduğu bildirilir. Bu artım fonunda həkimlər Alzheimer riskini yüksəldən səbəblərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayır.Mövzu ilə bağlı danışan həkim Selen Gür Özmen bildirib ki, alüminium orqanizmə müxtəlif yollarla daxil ola bilir və beyində toksik təsir göstərərək Alzheimer riskini artıra bilər. Xüsusilə içməli suda olan alüminium və silika miqdarı təhlükə yaradır. Fransanın cənub-qərbində aparılan geniş araşdırmada içməli suda alüminium səviyyəsi yüksək olan bölgələrdə yaşayan yaşlılarda demans riskinin iki, Alzheimer tipli demansın isə üç dəfə artdığı müəyyən edilib.Həkimin sözlərinə görə, risk yalnız su ilə məhdudlaşmır. Gündəlik istifadə edilən bəzi roll-onlarda alüminium tərkibli maddələr olur və bu maddələr tər vəzilərini bağlayaraq tərləmənin qarşısını alır. Lakin çox az miqdarda alüminiumun belə sinir sistemi üçün zərərli olduğu artıq elmi araşdırmalarla sübut edilib. Dəridə kəsik və ya zədə olduqda bu maddə birbaşa orqanizmə keçə bilər. Bu səbəbdən alüminiumsuz məhsullara üstünlük verilməsi tövsiyə olunur.Hava çirkliliyi də Alzheimer riskini artıran amillər sırasındadır. Araşdırmalar göstərir ki, havanın çirkli olduğu ərazilərdə yaşayan insanlarda bu xəstəliyə tutulma ehtimalı xeyli yüksəlir. Bundan başqa, bəzi mədə qoruyucu və anti-asid dərmanların tərkibində də alüminium ola bilər. Uzun müddət və nəzarətsiz şəkildə bu dərmanlardan istifadə edən şəxslərdə demans və Alzheimer riskinin artdığı müşahidə edilib.Mütəxəssislər D vitamini çatışmazlığının da bu xəstəliklə əlaqəli olduğunu bildirir. Günəşli ölkə olmasına baxmayaraq, əhalinin böyük hissəsində D vitamini səviyyəsi aşağıdır. Bu isə Alzheimer riskini artıran əlavə faktor kimi qiymətləndirilir. Həkimlər ildə ən azı bir dəfə D vitamini səviyyəsinin yoxlanmasını məsləhət görür.Qidalanma məsələsi də diqqət mərkəzində saxlanılır. Son illər Alzheimer bəzi tibbi çevrələrdə beynin üçüncü tip şəkər xəstəliyi kimi dəyərləndirilir. Beyində insulin balansının pozulması yaddaş problemlərini sürətləndirir. Həddindən artıq şəkərli qidalar, artıq çəki və tip 2 diabet bu riski daha da yüksəldir. Mütəxəssislər balanslı qidalanma və müntəzəm fiziki aktivliyin qoruyucu təsir göstərdiyini qeyd edir.Kənan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
demokrat.az

1Mənbələr